Bərdədə yol qəzası olub: xəsarət alanlar var

17:23 21.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. 09-BT-866 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobili yol kənarında dayanan 2 avtomobilə çırpılıb və 3 nəfəri vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.